|
·Xəbərlər
·Xəbərlərin arxivi
·Tarix
·Məqalələr
·Sənədlər
·Döyüşlər
·Fotoalbom
·Qəhrəman şəhərlər
·Qəhrəmanlar
·Orden və medallar
·Forum
·Linklər
|
|
|
|
|
Stalinqradin müdafiəsində Azərbaycanli döyüşçülərin geniş iştiraki
|
1942-ci ilin yayında Bakıdan 800 nəfər könüllü gənc Stalinqradın müdafiəsinə göndərilmişdi. Stalinqrad altında Sovet Ordusunun əks hücumu noyabrın 19-da başlandı. Volqa sahilində ağır döyüşlər keçirən Stalinqradın müdafiəçilərinə bütün ölkə kömək edirdi. Podpolkovnik Həzi Aslanovun komandir olduğu 55-ci tank alayı 1942-ci ilin 16 dekabrında düşmənin 70 tankının hücumunu dəf etdi və 6 gün aramsız davam edən döyüşdən sonra əks hücuma keçdi. Hərbi təyyarəçilər Nuru Əliyev və kapitan Züleyxa Seyidməmmədova, pulemyotçu Əbdül Rəcəbov, leytenant Abdulla Axundov, snayper Baloğlan Abbasov və digərləri Stalinqrad uğrunda döyüşlərdə fəal iştirak etmişlər. Azərbaycanlı general Yaqub Quliyev IV atlı korpusunun komandirinin müavini vəzifəsində idi və 1942-ci ilin 20 dekabrında Stalinqrad ətrafında keçirilən böyük hücum əməliyyatı zamanı həlak oldu və ölümündən sonra Lenin ordeni ilə təltif edildi. Hesablamalara görə Azərbaycan vətəndaşlarından 1500 nəfərdən çoxu “Stalinqradın müdafiəsinə görə” medalı ilə təltif edilmişlər.
Almaniya faşizminin nəzəriyyəçilərindən olan Rozenberq tərtib etdiyi “Qafqazın idarə Olunması” planında burada 5 böyük idarə yaradılmasını müəyyənləşdirmişdi: Azərbaycan, Gürcüstan, Dağlıq Qafqaz, Kuban, Terek. Hitlerin tələbinə görə Almaniyanın I tank ordusu, 1942-ci ilin 25 sentyabrında Bakını zəbt etməli idi.
Stalinqrad döyüşlərinin ağır günlərində, 1942-ci ilin iyununda faşist ordusunun Qafqaz üzərinə hucumları başlandı. Belə ki, Almaniyanın 1-ci tank ordusu, IV tank ordusunun bir neçə diviziyası, iki səhra ordusu (№11 və №17) Sovet ordusunun müdafiə xəttini Şimali Qafqazda yararaq hücumu davam etdirirdi və sentyabrın 24-də Zaqafqaziya Respublikalarında hərbi vəziyyət e’lan olunmuşdu.
Sovet ordusu qəzeti “Krasnaya zvezda” 1942-ci ilin 26 sentyabr sayında yazmışdı: “Üç aydır ki, ölkəmizin cənubunda qızğın döyüşlər gedir. Sovet ölkəsinin və bütün dünyanın nəzərləri Şimali Qafqaza və Stalinqrad ətrafına yönəlmişdir. Vətənin taleyi, milyonlarla Sovet adamının azadlığı və həyatı bu döyüşlərdən asılıdır... Buna ancaq 1941-ci ilin payızında Moskvanın müdafiəsi ilə müqayisə etmək olar”.
Görülmüş tədbirlərin nəticəsində Azərbaycan xalqının cəbhəyə köməyi və döyüşən orduda xidmətə könüllü olaraq getməsi daha da genişləndi. Bir neçə fakta nəzər salaq: Balakəndə yaşayan Alqayevlər nəslinə mənsub 1895-1923-cü illərdə anadan olmuşlardan 33 nəfər müharibə cəbhələrinə gedərək, həlak olmuş və ya itkin düşmüşlər, Bakıda yaşayan Aşurbəyovlar nəslindən 9 nəfər müharibə cəbhələrindən geri qayıtmamışdır. Belə faktlar Azərbaycan üzrə çoxdur.
|
|
|