|
·Xəbərlər
·Xəbərlərin arxivi
·Tarix
·Məqalələr
·Sənədlər
·Döyüşlər
·Fotoalbom
·Qəhrəman şəhərlər
·Qəhrəmanlar
·Orden və medallar
·Forum
·Linklər
|
|
|
|
|
Moskva altinda döyüşlər
|
Moskva uğrunda vuruşlarda Almaniya rəhbərliyi ildırım sürətli müharibə yolu ilə Moskvanı zəbt etmək və qısa müddətdə müharibəni qurtarmaq xülyasında idi. Buna uyğun olaraq düşmənin ilk və əsas zərbəsi Moskva istiqamətinə yönəldilmişdi.
1941-ci ilin 14 oktyabrında faşistlərin III tank ordusu Qərb cəbhəsinin Şimal cinahını yararaq, Moskvanın şimalındakı Kalinin şəhərini zəbt etdi.
Bu ərəfədə (10/X-41) G.K.Jukov Moskvanı müdafiə edən Qərb cəbhəsinə komandan təyin edilmişdi.
Moskvanın müdafiəsinə göndərilmiş Bakı Zenit artilleriyası alayı qəhrəmancasına döyüşərək, düşmənin 40-a qədər təyyarəsini məhv etmişdi və geriyə qaytarmışdı.
Paytaxtın bu ağır günlərində onu səmadan mühafizə edən zenit artilleriya hissələrinin böyük bir hissəsi Moskva-Kalinin şossesi boyu Moskva çayının üstündəki körpünü və ətrafını müdafiə etmək üçün göndərildi. Çayın hər iki sahilində bu sətrlərin müəllifinin xidmət etdiyi 51-ci Zenit artilleriya diviziyası yerləşdirilmişdi və bizim zenit top hissələrinə əmr verilmişdi ki, atəş göydə təyyarələrə, yerdə tanklara qarşı açılmalıdır. Almaniya hərbi tarixçisi Klaus Reynqardt öz kitabında belə yazır: “Stalin Moskvada olan bütün ehtiyatlarını Qərb cəbhəsinin sağ cinahına göndərmişdi, hətta zenit birləşmələri də cəbhənin ön xəttində tanklarla mübarizə üçün istifadə edilirdi”.
Moskvaya səmadan hücumlar müharibənin başlanmasının birinci ayının sonunda başlanmışdı. Belə ki, düşmənin 200-250 bombaatan təyyarəsinin Moskvaya ilk uçuşu iyulun 22-nə keçən gecə olmuşdu və bu gecə düşmənin 22 təyyarəsi məhv edilmişdi. Moskva səmasında aparılan döyüşlərdə Sovetlər həmişə hegemon olmuşlar. Mə’lumdur ki, faşist ordusunun Moskva altında darmadağın edilməsindən sonra, 1944-cü ilə qədər düşmən təyyarələrinin Moskvaya uçuşları davam etmişdir.
Moskvaya faşist təyyarələrinin uçuşlarının başlanmasından az sonra Sovet hərbi hava qüvvələri Berlinə cavab zərbələrinə başlamaq haqqında göstəriş aldı və belə ilk uçuş 7 avqustda (1941) oldu. Baltik flotunun 2 eskadrilyabombaatn təyyarələri (15 təyyarə) ezel adasına köçürüldü və oradan 1760 km. Məsafəni qət edərək, Berlinə ilk bomba zərbəsini endirdilər. Sentyabrın 4-nə qədər belə daha 9 uçuş həyata keçirilmişdi. Berlinə bu uçuşların iştirakçılarından biri də goranboy rayonunda dünyaya göz açmış həmyerlimiz Ağasəf Məmmədhüseyn oğlu Səmədov olmuşdur. Bu uçuşa görə o, “Qırmızı Bayraq” Ordeni ilə təltif edilmişdi. 1947-ci ildə mayor rütbəsində orduda xidmətdən tərxis edilmiş A.Səmədov hazırda bakı şəhərinin yasamal rayonunda yaşayır.
1941-42-ci ilin qışında Moskva ətrafında döyüşlər və Alman faşist ordusunun bu döyüşlərdə darmadağın edilməsi II dünya müharibəsinin ən böyük döyüşlərindən idi və faşist ordusunun məğlubedilməzliyi haqqındakı əfsanələrə son qoydu. Bu döyüşlərdə düşmən qüvvələri Moskvadan 100-350 km. qərbə qovuldular və Almaniya ordusunun 38 diviziyası məhv edildi.
Moskva uğrunda döyüşlər altı aydan artıq bir dövrü (30.09.41-20.04.42) əhatə etdi. Bu döyüşlərin sonu Almaniyanın məğlub olacağına böyük inam yaratdı. Müharibənin yekunlarına həsr olunmuş Nyunberq Məhkəmə prosesində Almaniya feldmarşalı Keytelə verilmiş suala ki, “Siz nə vaxt anladınız ki, bu müharibədə uduzmusunuz?”. O, qısaca olaraq cavab vermişdi: “Moskva”.
Azərbaycanlı komandir və döyüşçülərdən Moskva uğrunda döyüşlərdə tank hissəsi komandiri Həzi Aslanov, polkovnik Yaqub Quliyev, kapitan Muxtar Süleymanov, baş leytenant Müseyib Allahverdiyev, leytenant-zenitçik Məmmədrəsul Paşayev, təyyarə hissəsində xidmət edən Pərviz Tağızadə, pulemyotçu İdris Vəliyev, tibb bacısı Aliyə Rüstəmbəyova, snayper Ziba Qəniyeva və digərləri öz rəşadətli döyüşləri ilə xalqımızın adını şöhrətləndirdilər.
Baş serjant İsrafil Məhərrəm oğlu Məmmədov 1941-ci ilin 3 dekabrında Moskvanın şimalında yerləşən Novqorod vilayətinin Pustınka kəndi yaxınlığında 20 nəfər döyüşçüsü ilə 400 nəfərdən çox düşmən qüvvəsinin 9-10 saatlıq aramsız hücumlarını dəf edərək mövqelərini daha da möhkəmləndirdilər. Bu döyüşdə İ.Məmmədovun özü 70-dən çox faşist məhv etdi. Dekabrın 11-də İsrafil Məmmədova Sovet İttifaqı Qəhrəmanı Fəxri adı verildi. O, Sovet Ittifagı Qəhrəmanı adına layiq görülmüş ilk azərbaycanlı idi.
Bu sətrlərin müəllifi də Moskvanın müdafiəsi dövrü hərbi əməliyyatlarda iştirak etmiş və Moskvanın müdafiəsində Azərbaycan xalqının böyük köməyi və hünəri haqqında 1991-ci ildə bir kitabça nəşr etdirmişdir. Həmin yazıda azərbaycanda yaşayan və Moskva uğrunda döyüşlərdə iştirak etmiş 260 nəfər komandir və döyüşçünün siyahısı verilmişdir. Bütövlükdə isə Azərbaycan vətəndaşlarından “Moskvanın müdafiəsinə görə” medalı ilə 1000 nəfərdən çox təltif edilmişdir. |
|
|