-cu il"Çoxları indi də deyir ki, əgər Azərbaycan nefti olmasaydı, ikinci dünya müharibəsində SSRİ-nin İngiltərə-Amerika koaliyasiyası ilə birlikdə alman faşizminə qalib gəlməsi mümkün olmazdı"     Heydər Əliyev   

Məqalələr
·Xəbərlər
·Xəbərlərin arxivi
·Tarix
·Məqalələr
·Sənədlər
·Döyüşlər
·Fotoalbom
·Qəhrəman şəhərlər
·Qəhrəmanlar
·Orden və medallar
·Forum
·Linklər





Âòîğàÿ ìèğîâàÿ âîéíà â ôîòîãğàôèè.
Quliyev İbrahim Qurban Əli oğlu
Tibbi xidmətin leytenantı Quliyev İbrahim Qurban Əli oğlu 20 Sentyabr 1920-ci ildə Bakı şəhəri Maştağa kəndində anadan olmuşdur. 11 sentyabr 1940 ildən-14 aprel 1947-ci ilədək o, Sovet Ordusu sıralarında xidmət etmişdir. 1941-1945 – ci illərdə, Quliyev İbrahim Qurban Əli oğlu Leninqrad cəbhəsində tibbi xidmətdə xidmət etmişdir. Ön xətdə mübarizə təhlükəsinə, yorğunluq və yuxusuz gecələrə baxmayaraq, yaralılara ilk yardım göstərmiş və hər gün yaralıları döyüş meydanından evakuasiya edirmiş. O, cəbhə yoldaşlarının çoxunun həyatını xilas etmişdir.
Davam...

60 il əvvələ açılan pəncərələr
1945-ci il aprelin sonu-mayın əvvəllərində Avropada qarşıdakı yarım əsr üçün dünyanın taleyini və siyasi xəritəsini müəyyənləşdirən nəhəng hadisələr cərəyan edirdi. Hər tərəfdən başına od ələnən Almaniyanın beyni, Berlinin ürəyi Reyxstaqın, aramsız partlayan mərmilərdən qorxunc xarabalığa çevrilən, binasının uçuq damına rus Yeqorov və gürcü Kantariya (Sovet rəhbərliyi burada da xalqlar dostluğu prinsipini gözləmişdi və üstəlik, Kantariya "Xalqlar atası"nın soydaşı idi) həm də oraq-çəkicli, qan rəngli Sovet bayrağını düz 60 il öncə sancıblar.
Davam...

Mən Qələbə gününü səbirsizliklə gözləyirəm
Alman faşistlərinin Sovet İttifaqına hücumunun ilk günlərindən qızlar və qadınlar da müharibə ilə üz-üzə durdular. Onlar ölüm təhlükəsindən çəkinmədən kişilərlə birlikdə düşmənlə vuruşmağa başladılar. Belə cəsur qızlarımızdan biri də Dürrə Məmmədova idi. 1940-cı ildə Bakı Əczaçılıq Texnikumunu bitirən D.Məmmədova doğma şəhəri Şəkidə 85 saylı aptekə müdir təyin olunur.
Davam...

“416"-nın 16 yaşlı döyüşçüsü
Qələbə—60
Zamanın bütün dönəmlərində haqsızlıqlar olur. İkinci Dünya müharibəsinin veteranı Aslan Eyvazov (bu il martın 1-də dünyasını dəyişib) 1942-ci ildəki haqsızlığı heç vaxt dilinə gətirməz, əksinə deyərmiş ki, Vətənə borcumu qaytardım. Aslan müəllim müharibədə göstərdiyi igidliklərdən də xəsisliklə danışarmış.
Davam...

Bakı nefti və milyonların qələbəsi
ARXA CƏBHƏNİN QƏHRƏMAN ŞƏHƏRİNİN QƏHRƏMANLARI
Bu günlərdə MDB-nin icraçı katibi V.Ruşaylo Bakıya səfər etmişdi. Səfər zamanı o, II Dünya müharibəsində iştirak etmiş azərbaycanlı veteranlarla da görüşdü. Ruşaylo bu görüş zamanı veteranlara, mükafatlardan savayı, üç ədəd maraqlı kitab da hədiyyə etdi. Bunlar "II Dünya müharibəsinin yüz böyük sərkərdəsi", "II Dünya müharibəsinin 100 böyük döyüşü" və "1941-1945-ci illərin qəhrəmanları" kitabları idi.
Davam...

402-ci milli diviziya haqqında yeni həqiqətlər.Böyük Vətən müharibəsinin başlanması Azərbaycan xalqının həyatında, o cümlədən, hərbi-təşkilati məsələlərdə son dərəcə ciddi bir tarixi dönüşə səbəb oldu.
Sovet hakimiyyətinin mövcud olduğu 20 ildə totalitar rejimin həyatın bütün sahələrini əhatə edən ağır zərbəsinə məruz qalmış Azərbaycan bütün potensialı ilə bu müharibənin aparılmasına cəlb olundu. İqtisadiyyat yenidən quruldu, mənəvi dəyərlər yeni məzmun kəsb etdi, siyasi-ideoloji iş bütün əhalinin müharibəyə səfərbər olunmasına yönəldildi, hərbi-təşkilati iş konkret düşmənə — Avropanı bürümüş faşizmə qarşı mübarizəyə istiqamətləndirildi.
Davam...

60 il əvvələ açılan pəncərələr
1945-ci il aprelin sonu-mayın əvvəllərində Avropada qarşıdakı yarım əsr üçün dünyanın taleyini və siyasi xəritəsini müəyyənləşdirən nəhəng hadisələr cərəyan edirdi. Hər tərəfdən başına od ələnən Almaniyanın beyni, Berlinin ürəyi Reyxstaqın, aramsız partlayan mərmilərdən qorxunc xarabalığa çevrilən, binasının uçuq damına rus Yeqorov və gürcü Kantariya (Sovet rəhbərliyi burada da xalqlar dostluğu prinsipini gözləmişdi və üstəlik, Kantariya "Xalqlar atası"nın soydaşı idi) həm də oraq-çəkicli, qan rəngli Sovet bayrağını düz 60 il öncə sancıblar.
Davam...

91 yaşlı veteran hələ iş başındadır
60 il bundan qabaq düşməni susdurmaq üçün böyük Vətən adlanan SSRİ-nin müdafiəsinə qalxanlardan 600 min nəfəri azərbaycanlı idi. Onların sıralarında Tovuzun da intiqam hissi ilə savaşa atılan oğulları vardı. Üç igid — Mərdan Musayev, Məstan Əliyev və Yusif Sadıqov Sovet İttifaqı Qəhrəmanı kimi doğma el-obalarına dönmüşdülər. Azərbaycanı təmsil edən 170 mindən çox əsgər və zabit Vətənin yüksək mükafatları — orden və medalları ilə təltif olunmuşdu.
Davam...

Böyük Vətən müharibəsi: azərbaycanlılar müqavimət hərəkatında
QƏLƏBƏ – 60
IV MƏQALƏ
Azərbaycan döyüşçülərinin Böyük Vətən müharibəsində faşizmə qarşı mübarizəsi Sovet İttifaqının ərazisi ilə məhdudlaşmırdı.
Bu mübarizə Polşa, Almaniya və Fransadakı əsir düşərgələrində, İtaliya, Çexoslovakiya və Yuqoslaviya torpaqlarında davam etdirilirdi. 1942-1944-cü illərdə azərbaycanlı hərbi əsirlər Polşanın Edlin, Almaniyanın Noyhammer-Ştranse, Fransanın Rodez, İtaliyanın Udine, Triyestin Opçina, Çexoslovakiyanın Brno və Bistritsa rayonlarında gizli antifaşist təşkilatları yarada bilmişdilər.
Davam...

Azərbaycanlı döyüşçülərin faşizmə qarşı
partizan və müvaqimət hərəkatlarında iştirakı
Almaniya faşist ordusunun işğal etdiyi Sovet ərazilərində partizan müharibəsinin təşkili haqqında göstəriş ölkənin ali partiya orqanı xəttilə 1941-ci ilin 18 uyulunda qəbul edilmiş qərarda nəzərdə tutulmuş. Sovet Mə`lumat Bürosunun 1941-ci il 5 uyul xəbərində deyilirdi:”Düşmən tərəfindən zəbt edilən ərazilərdə kortəbii kütləvi partizan hərəkatı baş verir”.Partizan dəstələrinin tərkibinə mühasirəyə düşmüş döyüşçülərin bə`ziləri də daxil ola bilirdilər.
Davam...


<< Geri 1 2 3 4 5 6 7 İrəli >>


© 2005-2010. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi.

Rambler's Top100 Site Meter