|
·Xəbərlər
·Xəbərlərin arxivi
·Tarix
·Məqalələr
·Sənədlər
·Döyüşlər
·Fotoalbom
·Qəhrəman şəhərlər
·Qəhrəmanlar
·Orden və medallar
·Forum
·Linklər


|
|
|
|
|
Müharibə veteranlarına birdəfəlik maddi yardım ediləcək
|
Prezident İlham Əliyev "1941-1945-ci illər müharibəsi veteranlarına, əlillərinə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, müharibə illərində arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə dövlət qayğısının artırılması haqqında" fərman imzalayıb. |
| Davam...
|
|
Səbail məktəbliləri Qələbənn 60 illiyini Qafur Məmmədovun abidəsi önündə qeyd edəcəklər.
|
Müharibə mövzusunda çəkilmiş ən uğurlu kino əsərlərindən birində - “Bizim Cəbiş müəllim” filmində cərəyan edən hadisələrin əksəriyyəti Bakıdakı 49 nömrəli orta məktəbdə lentə alınıb. Həm bu səbəbdən, həm də qələbənin əldə edilməsində Bayıl neftçilərinin misilsiz şücaətinə görə Səbail rayon təhsil şöbəsi 60 illik yubiley münasibətilə ən böyük tədbiri məhz 49 nömrəli məktəbin qarşısında - Qafur Məmmədov adına bağda keçirəcək. |
| Davam...
|
|
Gəncədə Veteranlara ”OKA”avtomobilləri veriləcək.
|
Fəaliyyətə başladığı vaxtdan indiyədək Gəncə avtomobil zavodunda 147 avtomobil istehsal edilmişdir ki, bunun da 103-ü cari ilin birinci rübünə düşmüşdür. Bu günlərdə isə kollektiv faşizm üzərində qələbənin 60 illiyi ilə əlaqədar müharibə əllilərinə verilmək üçün respublika əmək və əhalinin sosial müdafiəsi nazirliyinin sifarişini yerinə yetirməklə məşğuldur. |
| Davam...
|
|
"Lider" Qələbə günü ilə bağlı filmlər çəkib
|
"Lider" televiziyasının "Azərbaycan" redaksiyası II Dünya Müharibəsinin başa çatması və 9 may Qələbə günü münasibətilə hazırladığı filmlərin istehsalını başa çatdırıb. APA-ya verilən məlumata görə, qələbəyə həsr edilmiş filmlər silsilə şəklində və ayrı-ayrılıqda nümayiş etdiriləcək. Televiziyada ilk dəfə olaraq, II Dünya Müharibəsində iştirak etmiş və Azərbaycanın müxtəlif bölgələrini təmsil edən 60 azərbaycanlı əsgər 3 dəqiqəlik dinamik videoçarxda döyüş yolunu öz dilindən tamaşaçıya danışacaq. |
| Davam...
|
|
2-ci Dünya Müharibəsi veteranlarına dəmiryolu xidmətində güzəştlər edildi
|
Böyük Vətən Müharibəsi əlilləri və veteranları mayın 1-dən 31-dək Azərbaycan Dəmiryolu İdarəsinin xidmətindən pulsuz faydalana biləcəklər. Bu barədə qərar MDB dövlətlərinin müharibənin 60 illiyi münasibətilə təsdiqlənmiş proqramına əsasən qəbul edilib. Böyük Vətən Müharibəsi veteranları və əlilləri üçün mayın 1-dən 10-na kimi şəhərətrafı elektrik qatarlarında gediş-gəliş pulsuzdur. |
| Davam...
|
|
Böyük Vətən müharibəsi: Azərbaycan neftçilərinin qələbəyə töhfəsi
|
Qələbə — 60 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il aprelin 11-də Prezident Sarayında Rusiya Veteranlar Assosiasiyasının nümayəndə heyətini qəbul edərkən dedi: “Böyük Qələbənin 60 illiyinin bayram edildiyi ildə biz ancaq tarixdən bildiyimiz o günlərin qəhrəmanlığını bir daha xatırlayırıq. |
| Davam...
|
1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 60 illiyi" yubiley medalı ilə təltif haqqında
|
Azərbaycan Respublikası Prezidentinin sərəncamı Faşizmə qarşı 1941-1945-ci illər Böyük Vətən müharibəsinin Azərbaycandan olan iştirakçılarının göstərdikləri qəhrəmanlıq və şücaətinə görə, faşizm üzərində qələbənin 60 illiyi ilə əlaqədar "1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 60 illiyi" yubiley medalının təsis edilməsi haqqında MDB iştirakçısı olan dövlətlərin razılığına uyğun olaraq qərara alıram: |
| Davam...
|
|
Leyla Şıxlinskayanın Klinikasında müharibə veteranlarına pulsuz xidmət göstərilib
|
1941-45-ci illər Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 60 illiyi münasibətilə Leyla Şıxlinskayanın Klinikasında müharibə veteranı və iştirakçılarına pulsuz tibbi xidmət göstərilib. Bunun üçün klinika tərəfindən ölkənin bütün regionlarından xəstələrin qəbulu barədə bir müddət öncədən teleradio kanalları, qəzetlər vasitəsilə elanlar verilib. |
| Davam...
|
|
Veteranlar gənclərlə görüºmüºlər.
|
AzərTAc xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təºkilatçılığı ilə Rusiya Əmək və Sosial Münasibətlər Akademiyasının Bakı filialında “Faºızm üzərində Qələbə Vətən uğrunda döyüºlər və xalqın əmək fədakarlığı bahasına qazanılmıºdır” mövzusunda dəyirmi masa keçirilmiºdir. Dəyirmi masada Milli Məclisin deputatları, müharibə və əmək veteranları, akademiyanın tələbələri, tanınmıº ziyalılar iºtirak etmiºlər. |
| Davam...
|
|
Qələbənin 60 illiyi ilə bağli tədbirlər davam edir
|
AzərTAc xəbər verir ki, faşizm üzərində qələbənin 60 illiyi münasibətilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşəbbüsü ilə Böyük Vətən müharibəsi veteranlarının hər birinə 50 min manatlıq telefon danışıq kartı paylanacaqdır. Bundan başqa, bayram günü onlar rabitə xidmətlərindən pulsuz istifadə edəcəklər. Nazirlikdə veteranlarla görüş keçiriləcək, onlara xatirə hədiyyələri təqdim olunacaqdır. |
| Davam...
|
<< Geri 1 2 3 4 5 İrəli >>
|
|